Ermənilər Andronikin kəsik qulağını belə “bitişdirdilər” – VİDEO

Bu, kadrlar nadir videodur. Videonu ermənilər özləri paylaşıblar, amma…

Sağ tərəfdə dayanan qulağının kəsilməsilə tarixə düşən məşhur Andronikdir. Videoda diqqəti çəkən bir məqam var. Bəllidir ki, vətəndaşı olduğu Osmanlı İmperiyasına xəyanət etdiyi üçün Andronikin sağ qulağı kəsilmişdi. Ona görə də, videoda Andronikin sola döndüyü yerlər kəsilib çıxarılıb. Nəticədə siz hər dəfə Andronikin dondüyü kadrlarda sıçrayışlı montaj görürsünüz…

Ümumiyyətlə qulağı kəsiləndən sonra çəkilən şəkillərində Andronik qulaqsızlığını gizləməyə çalışıb. Aşağıda təqdim etdiyimiz fotolardan da görünür ki, o hər zaman başının sağ tərəfini gizlədib. 

Andranik Ozanyan 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırandan sonra Türkiyədən qaçıb. 1914-cü ilin avqustunda Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə qörüşüb və rus ordusuna öz xidmətlərini təklif edib. Daha sonra bolşeviklərin qulluğuna keçib. Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir. Rəsmi məlumatlara görə o dövrdə 115 azərbaycan kəndi dağıdılıb, 10 mindən artıq əhali qətlə yetirilib, əmlakları talan edilib.

Mənbə: https://turkunozutv.wordpress.com