Sərkisyanın qızı işdən çıxarıldı

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kiçik qızı Satenik Sərkisyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.

O, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.

Bildirilib ki, S.Sərkisyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sərkisyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, Serj Sərkisyanın Anuş və Satenik adlı iki qızı var. (report)