Ça. İyl 23rd, 2019

Abbasov çempion oldu – VİDEO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb. 

İdmançımız “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib.

Nəriman bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib.

Belə ki, “Fight Night Global93” çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı – Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən beş raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər.

Daha fəal döyüşən Nəriman qalib gəlib – 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb. 

Xatırladaq ki, peşəkarlar arasında 27-ci döyüşünü keçirən idmançımız 24-cü qələbəsini qazanıb. (oxu.az)