“Dədə Qorqud” Dastanının 3-cü nüsxəsi tapıldı – FOTO

Dədə Qorqud dastanın iki – “Vatikan” və “Drezden” nüsxəsi elmə məlumdur.

25 aprel tarixində öz işinə başlayan və Türkiyədə keçirilən “Dünya kültür mirası Dədə Qorqud “ beynəlxalq konfransında “Kitabi-Dədə Qorqud” dastanının türk toplumuna məlum olan daha bir – yəni üçüncü nüsxəsi də əlavə edilib.

Türkoloq, professor Mətin Ekici icərisində 13 boyun olduğu üçüncü nüsxənin Türküstanda tapıldığını bildirib.

Bu nüsxədəki “Salur Qazanın Əjdahanı öldürməsi” hekayəsi digər nüsxələrdə yoxdur. (kult.az)