Mədə ağrısının 9 səbəbi – SİYAHI

Bir çoxları mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.

Bəs mədə ağrıları nədən yaranır?

Turkustan.info Medicina-ya istinadən ən çox rast gəlinən 9 səbəbi təqdim edir.

1. Reflü problemi – bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;

2. Laktozaya dözümsüzlük – Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;

3. Bəzi dərmanların əlavə təsirlərindən – mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;

4. Glütenə dözümsüzlük – Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;

5. Stres;

6. Endometriyoz;

7. Tiroid problemləri;

8. Parazitlər;

9. Apendisit.

175 Baxılıb