Bakıda silahlı insident – 3 nəfər…

Masazırda üç nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Turkustan.info xəbər verir ki, hadisə qəsəbədəki “Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur isə döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.   /Report/