Bz. İyl 21st, 2019

Tanınmış azərbaycanlı şair Rusiyada mükafatlandırıldı – FOTOLAR

Tanınmış azərbaycanlı şair Rusiya Yazıçılar İttifaqı Moskva təşkilatının mükafatına layiq görülüb.

1 May bayramı ərəfəsində anadan olmasının 65-illiyi münasibətilə tanınmış şair Nəsib Nəbioğlu Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində  “bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diploma və  medala layiq görülüb.

Tədbirdə qeyd olunub  ki, Nəsib Nəbioğlu öz yaradıcılığı ilə müasir Rusiya və Azərbaycan ədəbiyyatının zənginləşməsinə və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Həmyerlimiz bu mükafata çoxşaxəli ədəbi fəaliyyətinə, rus və Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətə, eləcə də ədəbi-mədəni əlaqələrin gücləndirilməsi sahəsindəki işlərinə görə layiq görülüb.

Qeyd olunub  ki, onun yaradıcılığı Rusiya və Azərbaycan xalqları arasında  ədəbi əlaqələrin genişlənməsinə, gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verir

Nəsib Nəbioğlu Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü Azərbaycan AYB Moskva bölməsinin katibidir.

Mükafatı Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib.