Günay Əfəndiyeva TUMİB təmsilçiləri ilə görüşüb – FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin təmsilçiləri – sədr Çingiz Bayramov, idarə heyətinin üzvü Dr. Aydın Talışinski və Beynəlxalq Çağrı Komitəsinin rəhbəri İbrahim Xəlil Balayoğullarını qəbul edib.

İctimai Birlikdən Turkustan.info-ya verilən məlumata görə görüşdə Türk dünyasında mədəniyyət sahəsində əməkdaşlıqların hazırkı durumu, bu yöndə icra olunan layihələr haqqında fikir mübadiləsi aparılıb.

G.Əfəndiyeva rəhbərlik etdiyi fondun ölkədə və xaricdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə bilgi verərək perspektivdə bu prosesin daha geniş şəkildə davam etdiriləcəyini bildirib.

Söhbət zamanı fondla ictimai birliklər arasında əməkdaşıq imkanları müzakirə olunub.

161 Baxılıb