Kürəkən məmur səhvi üzündən qayınatası ilə nikah kəsdirdi – Video

Manisada nikah kəsdirən cütlük evlərinə gəldiklərindən sonra həyatlarını şokunu yaşadılar. Ailə nigah şəhadətnaməsinə baxan kürəkən orada həyat yoldaşının qrafasında qayınatanın adının yazıldığını gördü. Hadisəni gülərək izah edən kürəkən Bəlkə də dünyada ilk dəfə qayınata ilə nigahı kəsilən insanım – dedi. Bu barədə “Habertürk” yazıb.

Turkustan.info bildirir ki, Dənizlidə yaşayan Zəkəriyyə Karataş nişanlısı Gülşah Yılmaz ilə evlənmək üçün Soma Bələdiyyəsi Nikah İdarəsinə müraciət etmişdilər və ötən gün onlar nikahlarını rəsmləşdirmək üçün idarəyə getdilər. Ailə içində keçirilən sadə bir mərasimlə dünya evinə girdilər. Nikah sonrası evlərinə gedən cütlük nikag şəhadətnaməsinə baxdıqa həyatlarının şokunu yaşadılar.

Bəy Zəkəriyyə Karataş şəhadətnamənin məlumatlar hissəsində həyat yoldaşının adının yazıldığı yerdə qayınatası olan Müzəffər Yılmaz yazıldığını görəndə gözlərinə inanmadı. Vəziyyəti aydınlaşdırmaq istəyən cütlük yaşadıqlarını ailə üzvləri ilə müzakirə etdilər. Bunun bir məmur səvi olduğunu anlayan gənclər yanlışlığı düzəltmək üçün yenidən nikah idarəsinə yollandılar.

Baş verənləri gülərək izah edən Karataş bir an əvvəl səhvin düzəldilməsi üçün lazımi orqanlara müraciət etdiklərini söylədi. Başlarına gələn hadisəni daha əvvəl heç vaxt eşidib, görmədiklərini qeyd edən Karataşlar “Nikah kəsmək üçün Soma Bələdiyyəsinə getdik. Bütün işlərimizi həll etmişdik. 15 dəqiqə ərzində nikah mərasimi başladı və bitdi. Biz əlbəttə xoşbəxtlikdən foto, video işlərini həll etdik, şirniyyatlarımızı yedikdən sonra evə gəldik. Uzaqdan qonaqlar var idi onları qarşıladıq. Evə gələndə qədər nikah kitabçasına diqqət etməmişdik, evdə baxanda həyat yoldaşımın adını heç yerdə görmədim. Yalnız fotoşəkil var idi. Gəlinin adının yerinə Müzəffər Yılmaz yazılmışdı. Müzəffər Yılmaz həyat yoldaşımın atasının adıdır. Heç vaxt nikah şəhadətnaməsi görmədiyimiz üçün əvvəlcə şoka düşdük. Yenidən diqqətlə oxduq və məlum oldu ki, həyat yoldaşımın adının yazması nəzərdə tutulan hissədə atasının adı yazılıb. İş gününün sonuna az qalırdı, bələdiyyədə iş vaxtı qurtarırdı, biz təlaş içində tələsərək təkrar oraya çatdıq. Nigah məmurunu son anda pilləkəndə yaxaladıq. Başımıza gələn hadisəni ona izah etdik. Eşitdiklərindən əlbəttə o da təəccübləndi, belə bir şey baş verməsinin mümkün olmadığını söylədi. Sənədlərə yenidən baxdı. Arxiv sənətində doğru doğru yazıldığınıgördükdə: “Qeydiyyat kitabına mən yazmışdım amma şəhadətnaməni başqa bir yoldaş yazdı” – dedi. Daha sonra sənətimizdə düzəliş ediləcəyini bildirdilər. Evə gələndə artıq bir-birimizə zarafatlar etməyə başladıq. Həyat yoldaşım “atamı sən aldın? Nikahınızı kəsdik – dedi. Gözəl anı oldu bizim üçün”,- deyə kürəkən hadisəni danışıb.  /Bizimyol.info/