Bz. İyl 21st, 2019

Moskvada azərbaycanlılar və çeçenlər arasında QANLI DAVA – 100 nəfərədək….

Moskvada yerləşən restoranlardan birində azərbaycanlılar və intiqam almaq üçün gələn Çeçenistanlılar arasında kütləvi dava baş verib.

Turkustan.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 29-u təxminən saat 22:30 radələrində paytaxtın şərqindəki “Green Avenue” restoranında baş verib.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Zərər çəkmiş şəxslərə tibbi yardım göstərilib. Davada iştirak edən bir neçə şəxs saxlanılıb. 

Şahidlərin sözlərinə görə, davada 70-dən 100-ə qədər insan iştirak edib.

Lakin Moskva DİN sözügedən məlumatı yalanlayıb. Polisin sözlərinə görə, davada təxminən 20 nəfər iştirak edib.  /Open.az/