Paytaxtda zəncirvari qəza: Sürücülər əlbəyaxa oldu – VİDEO

Bakının Səbail rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobili “dayan” nişanının tələbinə əməl etmədiyindən, əsas yola çıxaraq, “Ravon” və “Mercedes” markalı maşınlarla toqquşub.

Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan qadın sərnişin xəsarət alıb. Qəzadan sonra “Mercedes”in sürücüsü ilə “Hyundai” markalı avtomobilin sürücüsü arasında əlbəyaxa dava da baş verib.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 /oxu.az/