Ç. İyn 26th, 2019

Qorbaçovdan nüvə xəbərdarlığı

SSR-nin ilk və son prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ-ı strateji dialoq qurmağa çağırıb.

Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, Qorbaçov nüvə dövlətinə malik iki ölkə arasında gərginliyin ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, hansısa ölkənin nüvə silahına malik olması onun qüdrətini artırmaqla yanaşı hədəfə çevrilməsinə səbəb olur.

Qarbaçov bildirib ki, vaxtilə bəzi yüksək rütbəli amerikalı rəsmilərin də oxşar fikirlər səsləndirməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir.   /Redaktor.az/