Ç. İyn 26th, 2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssislərində silsilə yubiley tədbirləri keçirilib

Sumqayıt şəhər  MKS və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə yazıçı – dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar istedadlar müsaqibəsi keçirilib. Tədbirdə MKS-in oxucuları və 15 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Ceyhun Hüseynov, S.Vurğun adına MK-nın abonement şöbəsinin müdiri Zemfira Mirzəyevanın çıxışları dinlənilib, ədibin həyatı və yaradıcılığı haqqında məlumat verilib. Sonra  AYB-nin üzvü, yazıçı-ssenarist, “Zərdabi” mükafatı laureatı Hafiz İmamnəzərli, AYB-nin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, aktyor və rejissor, Azərbaycan Respublikasının Əməkdar artisti Nazir Rüstəm, Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktirisası Xatirə Süleymanovadan ibarət münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına təqdim olunub. Tədbirdə 14 nəfər iştirakçının ifasında Cəlil Məmmədquluzadənin əsərlərindən monoloqlar və felyetonları dinlənilib. Münsiflər heyətinin qərarına görə I yerə M.Ə.Rəsulzadə adına kitabxananın oxucusu Emil Həmidov və Yaşıldərə massiv kitabxanasının oxucusu Nuranə Şərbətəliyeva, II yerə Nizami Gəncəvi adına Kitabxana Klubun oxucusu Fatimə Vəliyeva və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucusu Nihat Bədəlli, III yerə Dövrü mətbuat şöbəsinin oxucusu Aynur Səfərli və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucusu Lətifə Mahmudova layiq görülüblər. Qaliblər Gənclər və İdman Baş İdarəsi tərəfindən hədiyyələrlə, fərqlənən  iştirakçıllar isə fərqlənmə ilə təltif ediliblər. Sonda MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək qalibləri təbrik edib.

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Nəsiminin mənəvi irsi” adlı oxucu konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley tədbiri 12 və 16 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə keçirilib. Tədbir “Nəsiminin insana verdiyi dəyər”, “Nəsiminin sözə verdiyi dəyər”, “Nəsimi yaradıcılığında kamil insan obrazı”, “Nəsimi irsinə verilən qiymət, xatirəsinin əbədiləşdirilməsi”, “Nəsimi bədii ədəbiyyatda və incəsənətdə”, “İmadəddin Nəsimi yaradıcılığında tərbiyəvi ideyalar” mövzularında məruzələrlə davam edib. Daha sonra AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin,  12 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi İradə Quliyeva və 16 nömrəli məktəbin kitabxana müdiri Südakət Əliyevanın çıxışları dinlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti