Ç. İyl 17th, 2019

Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində musiqi məktəblərində konsertlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində şəhərin musiqi və incəsənət məktəblərində konsertlər keçirilib.

Sumqayıt şəhər Bülbül adına UİM-də məktəbin xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun solo konserti keçirilib. Konsertdə H.Xanməmmədovun (Konsert №2. II-III hissə), F.Şopenin (Vals №10), T.Quliyevin (Dostluq haqqında mahnı), R.Hacıyevin (Bakı haqqında mahnı) H.Vəkilovun (Şıdrığı) mahnıları və Muğam (Şur) ifa olunub.

F.Əmirov adına UMM-də uşaq xor kollektivinin konserti keçirilib. Konsertdə M.Maqomoyevin “Odlar yurdu”, R.Hacıyevin “Gənclik nəğməsi”, F.Əmirovun “Kürd ovşarı”, T.Quliyevin “Məhəbbət çırağı” mahnıları və avropa musiqiləri: “Caz” (ingilis), “Santa luçia” (italyan) ifa edilib.

Q.Qarayev adına UMM-də və 12 saylı orta məktəbdə məktəbin fortepiano, violin, tar, kamança sinfi şagirdlərinin ifasında musiqi əsərləri səslənib. Konsertdə şagirdlərin ifasında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının vals və rəqsləri, həmçinin məktəbin uşaqlardan ibarət xor kollektivinin çıxışı da maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti