Avroliqanın Bakı finalının biletləri satışa çıxarıldı – QİYMƏTLƏR

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb. 
Turkustan.info AFFA-nın saytına istinadən xəbər verir ki, bu gündən etibarən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq. 
Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. 
Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etmək mütləqdir.