Bakıda ağlasığmaz hadisə: “Gelandewagen” 12 avtomobili əzdi – VİDEO

Bakının Binəqədi rayonunda avtomobil dayanacağında “Gelandewagen” markalı maşın digərlərini əzib.
Hadisə 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsində Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığındakı binanın həyətində qeydə alınıb.

Belə ki, “Mercedes Gelandewagen” sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir.
Nəticədə dayanacaqda olan 12 avtomobili əzib. Hadisənin görüntülərini təqdim edirik:

(oxu.az)