“Diriliş Ərtugrul”-un qəhrəmanları Çeçenistanda – Ramzan Kadırov belə qarşıladı VİDEO

Dünyaca məşhur Türk serialı  “Diriliş Ərtugrul” filminin aktyorları mayın 1-də Çeçenistanda olub. 
Heyətə Turqut rolunun ifaçısı Coşkun Cengiz, Bamsı rolunun ifaçısı Sonmez Nurettin, rejissor Bozdağ Mehmet və s. qatılıb. Çeçen Respublikası başçısının müşaviri, Turpal-Əli Kadırov adına “Edelveys” idman klubunun prezidenti Amruddi Edilqiriyevin  sözlərinə görə, məşhur kino ulduzlarının Çeçenistana səfəri 2019-cu ilin Rusiya və Türkiyənin birgə mədəniyyət və turizm ili elan olunması  çərçivəsində həyata keçirilir. 
“Diriliş Ərtuğrul” qəhrəmanlarını Qroznı hava limanında respublika parlamentinin sədri və digərləri qarşılayıb. Qonaqlar öncə baş Çeçen ibadətgahını – Qroznıdakı “Çeçenistanın ürəyi” məscidini və Arqun şəhərindəki “Ananın ürəyi” məscidini ziyarət edib.  “Ananın ürəyi” məscidində Bamsı və Turqutu şəxsən Çeçenistan rəhbəri Ramzan Kadırov  qarşılayıb və qonaq edib. Səmimi görüş zamanı türk sənətçilər çeçenlərlə birgə şənlənib, rəqs ediblər. Qonaqlar, həmçinin, Çeçenistanın müxtəlif mədəni yerlərində olublar.
Türk aktyorları mayın 1-də 1300-dən artıq yarışçının çeçen milli geyimlərində  qatıldığı ənənəvi at yürşündə də iştirak ediblər.
Xatırladılır ki, Çeçenistan lideri Ramzan Kadırov məşhur türk serialının aktyorları ilə hələ 2018-ci ilin noyabrında İstanbulda filmin çəkiliş meydanında olarkən dostlaşıb. 
Sultan Laçın
Moderator.az

 

1. 149 Baxılıb