Be. İyl 22nd, 2019

ADAU-nun rektoru İbrahim Cəfərov tədris-təcrübə təsərrüfatının təqdimatını edib

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetinin 80 hektar ərazini əhatə edən tədris-təcübə təsərrüfatı əsaslı şəkildə yenidən qurulub. Son 4-5 ayın zəhməti olduqca keyfiyyətlidir və bütün tələblərə cavab verir.

 ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin professor-müəllimlərinə bu gün tədris-təcrübə təsərrüfatının təqdimatını edib, burada görülən işlərdən, yaradılan şəraitdən danışıb, ətraflı məlumatlar verib. Rektor deyib ki, gördüyünüz kimi bu təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib. Açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar tikilib. Auditiriyalar bütün inventarlarla  tam təmin edilib. Ərazinin yolları abadlaşdırılb və tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib, növbəli otarma sistemi yaradılıb. Yaşıllaşdırma, asfalt salma, rəngləmə və başqa işlər vaxtında və keyfiyyətlə icra edilib. Eyni zamanda  burada qoyunçuluq və maldarlıq kimi iki böyük ferma inşa edilib. Daha 5 hektarın  1 hektarında ağıllı bağ salınacaq, qalan 4 hektarda isə Türkiyədən gətirilən və tez məhsul verən meyvə tingləri əkiləcək. Təsərrüfatın su təminatına isə xüsusi diqqət yetirilib. Burada axar su ilə yanaşı 4 subartezian quyusu əsaslı şəkildə təmir edilib və istifadəyə yararlı hala gətirilib. Bunula yanaşı 110 tonluq ehtiyat su hovuzu da tikilib. Yəni, bütün bunlar o deməkdir ki, eyni vaxtda 100 nəfər tələbə burada təcrübə keçə biləcək, tədqiqat işləri aparacaqlar. Rektor onu da əlavə edib ki, bunlar hələ son deyil. Tarla laboratoriyalarının yaradılması da gündəmdədi və yaxın zamanlarda buna da nail olacağıq. Meşə massivini də yeni nadir və milli tinglərlə  zənginləşdirəcəyik, təbii bitkiləri artıracağıq.

Sonra görülən işlərlə tanışlıq olub.

Təqdimatda çıxış edən professor və müəllimlər burda hər şəraitin yaradıldığını deyib, təkliflərini səsləndirib. Xüsusi vurğulanıb ki, bütün bu işlər ölkə Prezidentinin aqrar təhsilə xüsusi qayğısının, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələrinin uğurlu nəticəsidir. İndi bazar rəqabətli kadr hazırlamaq,  elmi tədqiqat və təcrübə işləri aparmaq üçün  ADAU-da hər şərait var.