“Cavid Mall”da dəhşət: Kişi əvvəlcə arvadını, sonra isə…

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Turkustan.info-nun məlumatına görə, “Cavid Mall” ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.

Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.