Bakıda iki qadın dalaşdı – Hər ikisi xəstəxanalıq oldu

Bakının Binəqədi rayonunda iki qadın dalaşıb, mübahisə davaya çevrilib.

Nəticədə, hər iki qadın xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğumuza cavab olaraq bildirib ki, 45 yaşlı Elmira Ağayeva və 58 yaşlı Sona Kərimova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.   (virtualaz.org)