Məktəbdə 12 yaşlı adamyeyən: Valideynlər qorxu içində – FOTO

Rusiyanın Krasnodar diyarının Medvedovskaya qəsəbəsində yerləşən 2 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri uşaqlarını 12 yaşlı Valeriyadan təcrid etmək tələbi ilə çıxış ediblər. Onlar bildirirlər ki, 12 yaşlı qızcığazın adı qətl hadisəsində, ola bilsin ki, adamyeyənlikdə hallanır.

Turkustan.info “Kubanskiye novosti” nəşrinə istinadən xəbər verir ki, valideynlər məktəb direktoru ilə görüşüblər. Direktorun sözlərinə görə, yeniyetmə qızın sənədləri qaydasındadır və onun təhsil almaq hüququnun məhdudlaşdırılmasına bir səbəb görmür.

“Bu qız tənəffüs vaxtı uşaqlara danışır ki, insan bədəninin hansı hissələri dadlıdır, hansıları yox”, – məktəblilərdən birinin anası jurnalistlərə bildirib.

Bütün Rusiyaya səs-küy salmış hadisə ötən ilin sentyabr ayında Krasnodar diyarından çox uzaqda – Leninqrad vilayətində baş verib. O zaman Soçidə yaşayan 12 yaşlı Valeriya itkin düşmüşdü və sorağı Sankt-Peterburqun yaxınlığında yerləşən Novinka kəndindən gəlmişdi. Bu kəndin 21 yaşlı sakini Aleksandr 22 yaşlı dostu Arkadi Zverev tərəfindən öz bağ evində vəhşicəsinə qətlə yetirilmişdi. 12 yaşlı qız da qatilin birlikdə avara həyat tərzi keçirdiyi “dost”u imiş. Valeriyanın adı cinayət işində şahid qismində keçirdi. Qətlə yetirilmiş Aleksandrın bədəni öldürüldükdən sonra parçalanmışdı. Onun başı sobada, bədəninin ayrı-ayrı hissələri isə plitənin üstündəki qazanın içində tapılmışdı.

Qətlin törədilməsində şübhəli bilinən Arkadi saxlanılmış, lakin sonradan təcridxanada intihar etmişdi. Qız iddia edir ki, heç kimi yeməyib və bütün günahı 22 yaşlı “dost”unun üstünə atır. Şübhəli şəxs intihar etdiyindən, cinayət işinin istintaqı davam etdirilməyib.  (Virtualaz.org)

Rusiyada məktəbində 12 yaşlı adamyeyən: valideynlər qorxu içində

587 Baxılıb