Be. İyn 17th, 2019

Dünyanın gözü Ankarada! Ərdoğanla Stoltenberqin görüşü başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında Ankarada ikitərəfli görüş başlayıb.

Turkustan.info xəbər verir ki, görüşdə əsas müzakirə mövzusunun Rusiyadan S-400 zenit raket komplekslərinin alınması olduğu bildirilib.

Görüşdə eləcə də regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunur.

Qeyd edək ki, daha öncə Rusiyanın S-400 zenit raket komplekslərini Türkiyəyə iki partiyada çatdıracağı bildirilmişdi. İlk partiyanın iyun, növbəti partiyanın isə iyulda baş tutacağı qeyd edilir.  /Milli.Az/

Paylaşılıb
CrestaProject