İstanbulda Məhəbbət İbrahimovanın “Qadın olmaq” kitabınin təqdimatı keçirildi

Qadın olmaq ən çətini bacarmaqdir, qadın Allahın yaratdığı ən gözəl varlıqdır.

Rəhmətlik Türkiyəli sənətçi Nəşət Ərtaş nə gözəl deyib: “Qadınlar insandır, biz insanoğlu”. Azərbaycanlı yazar Məhəbbət İbrahimova da özünün “Qadın olmaq” adlı kitabında məhz Allahın yaratdığı bu müqəddəs varlığın ən üstün dəyərlərini qələmə aldığı müxtəlif hekayələrlə oxucuya çatdırmağa çalışıb. Qeyd edək ki, bu müəllifin çap edilən dördüncü kitabıdır. “Qadın olmaq” kitabı Azərbaycandan sonra Türkiyənin “Zəngin Yayıncılıq” yayım evinin dəstəyi ilə Türkiyə Türkcəsinə çevrilib və Türkiyədə də nəşr edilib. Dünən İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfində kitabın təqdimatı keçirildi. Məhəbbət xanımın yaradıcılığı haqqında məlumat verən yayım evinin yetkilisi Sevinc Fırat qeyd etdi ki, qadınları daha yaxşı tanımaq üçün məhz bu kitabı oxumaq lazımdır, çünkü müəllif bu kitabda qadınların nəcib keyfiyyətlərini yüksək yazar məharətilə qələmə alıb.

Müəllif Məhəbbət İbrahimova isə kitabının məhz qardaş Türkiyədə nəşr edilməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı və əməyi keçənlərə təşəkkür edərək, kitabda qələmə aldiği hər bir hekayə haqqında ətraflı bilgi verdi. “Qadının ailəsi, doğmaları üçün nə qədər sədaqətlı, faydalı insan, onları düşünərək hər cür əziyyətlərə sinə gərən cəfakeş varlıq, evladlarının yaxşı yaşaması, parlaq gələcəyi üçün çalışan fədakar ana, yaşadığı toplumun inkişafında böyük əməyi olan bir vətəndaş olduğunu anlatmağa çalışmışam. Buna nə qədər nail ola bilmişəm, bu dəyəri artıq oxucularım kitabı mütaliədən sonra verəcək” deyərək ayrı-ayrı hekayələrdə yaratdığı qadın obrazları haqqında danışdı. Müəllif həmçinin qeyd etdi ki, hal-hazırda Bakida yeni romanı nəşrə hazırlanır və yaxin gələcəkdə oxucularının görüşünə gələcək.

Təqdimat proqramında çıxış edən beynəlxalq münasibətlər mütəxəssisi Gülarə Yenisey və bəndəniz də qadın haqqındakı düşüncələrimizi iştirakçılarla bölüşdük və müəllifə yaradıcılığında uğurlar dilədik.

Bəli, qadın sadəcə mətbəxdə çalışan, qab yuyan, paltar yuyan, ev təmizləyən deyil, yazan, yaradan, gələcək nəsillər üçün düşünür insanlar yetişdiren, toplumun üst düzeyində təmsil olunmaq üçün Allahin yaratdığı müqəddəs varlıqdır.

Yaqut Misirxanlı

İstanbul

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 9 kişi, gülümseyen insanlar, ayakta duran insanlar