5 yaşında ikən uşaq doğdu – Dünyanın ən cavan anası – FOTOLAR

1939-cu ildə 5 yaşında olan qızın övlad dünyaya gətirməsi əsl şok effekti yaşatmışdı.

Turkustan.info xəbər verir ki, söhbət Lina Medinadan gedir.

Həkimlər əvvəlcə onun qarnında şiş olduğunu güman ediblər. Lakin ətraflı testlərdən sonra Linanın 5 yaşında ikən hamilə olduğu üzə çıxıb. Perulu qız testən 6 həftə sonra qız uşağı dünyaya gətirib. Doğuş isə qeysəriyyə əməliyyatı ilə baş tutub. Çünki Medianın normal doğuş etməsi üçün bədəni tam inkişaf etməmişdi.

Linanın təcavüz nəticəsində hamilə qaldığı müəyyənləşib.

Maraqlıdır ki, Medina heç vaxt uşağın atasının kim olduğunu açıqlamayıb. Bir çox media qurumları bunun üçün pul təklif etsə də, ailə açıqlama verməkdən imtina edib. Linanın övladına isə Gerardo adı verilib. Bu, qızı  dünyaya gətirən həkimin adı idi. Gerardo Medinanı bacısı bilib, gerçəyi isə böyüdükdən sonra öyrənib. Gerardo səhhətində problem olmasa da, 1955-ci ildə vəfat edib.

Lina Medina isə 1970-ci illərin əvvəllində Raud adlı şəxslə evlənib. O, 39 yaşında ikən ikinci övladını dünyaya gətirib. Cütlük hazırda Limada yaşayır.  /yenicag.az/