Be. İyl 22nd, 2019

Vaxtsız ölümün səbəbi: ÖZÜNÜZÜ BUNDAN QORUYUN

ABŞ-ın təkcə bir ştatında milyonlarla insan ürək çatışmazlığından əziyyət çəkir. 

Turkustan.info xəbər verir ki, bu nəticəni ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri ortaya çıxarıb. Ekspert araşdırması 1999-2018-ci ildə ölən 48 milyon insanı əhatə edib. Məlum olub ki, xüsusilə 2012-ci ildən ürək çatımazığından ölüm halları artıb. Problemə isə əsasən piylənmə və diabet səbəb olur. 

Həmçinin o da bildirilib ki, 6 milyon insan bu problemdən əziyyət çəkir. Baxmayaraq ki, son illər tibbdə bu sahə yüksək inkişaf edir.

Mütəxəssislər hesab edir ki, vəziyyət narahatlıqvericidir. Buna görə də xəstəliyin qarşısını almaq üçün xolesterin, diabet və yüksək qan təzyiqi ilə mübarizə aparılmalıdır.    /Cebhe.info/