Be. İyl 22nd, 2019

Qəbul imtahanlarının doğru cavabları daha “Space”də yayımlanmayacaq

Mayda keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, cavablar imtahan keçirilən gün DİM-in Youtube və Facebook hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda, abituriyentlərin sualları da cavablandırılacaq.

Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq “Space” televiziyasında yayımlanırdı.