Ça. İyl 23rd, 2019

Avroliqanın finalçıları müəyyənləşir – Bakıya kimlər gələcək?

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Turkustan.info xəbər verir ki, həlledici matçda “Çelsi” İngiltərədə Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək. Səfərdəki oyunda rəqibi ilə 1:1 hesablı heç-heçə etmiş londonlular, az da olsa, üstünlüyə malikdirlər.

Yarımfinalın digər matçında isə “Arsenal” İspaniyada “Valensiya” ilə münasibətlərə aydınlıq gətirəcək. Londondakı görüşdə rəqibini 3:1 hesabı ilə məğlub etmiş “topçular” üstünlüyünü qorumağa çalışacaqlar.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun – 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

London. “Stemford Bric” stadionu

İlk oyun – 1:1.

/yenicag.az/