Bz. İyl 21st, 2019

Nuriyyə Hüseynovadan Bakıda möhtəşəm solo konsert – 5 iyunda – VİDEO

Türk dünyasının sevilən sənətçisi, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova böyük solo konsert proqramı ilə çıxış edəcək.

Türküstan.info xəbər verir ki, iyunun 5-də Heydər Əliyev Sarayında keçiriləcək “Eşq bir sirdir” adlı solo konsertdə Nuriyyə xanım həmçinin yeni proqramla çıxış edəcək. 

Sarayın mətbuat xidmətindən verilən məlumata görə musiqili gecənin hazırda satışda olan biletlərini paytaxtın mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

İnanırıq ki, Türk dünyasına könül verən, milli musiqimizi dəyərləndirən soydaşlarımız bu konsertdə iştirak etməklə Nuriyyə xanımın səsinin sehrinə düşmək fürsəti əldə edəcəklər.