Sumqayıtda dəhşətli qəza – “Shacman” “Mercedes”in üstünə çıxdı: 5 ölü

Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Turkustan.info-nun verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə vaş verib.

İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfər öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.

Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir.

İlkin məlumata görə, yük maşınının sürücüsü  sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

/Oxu.Az/