Bakıda avtobusda biabırçılıq – VİDEO

Özünü sanki avtobusda yox, kənar bir yerdə hiss edirimiş kimi çiyələyi yeyib saplağını avtobusun içərisinə atır. Belə bir hadisə 149 saylı marşrut avtobusunda baş verib.

Çiyələyi yedikdən sonra saplağını avtobusun salonuna atır.

Bu sərnişin özünü avtobusda yox, sanki çiyələk sahəsindəymiş kimi aparır. Sellofandan çıxardığı çiyələyi yeyir və saplağını nümayişkaranə şəkildə avtobusun içinə tullayır.

Bu mədəniyyətsiz davranış Qaradağ rayonu Lökbatan-Sahil qəsəbəsi istiqamətinə hərəkət edən 149 saylı marşrut avtobusunda qeydə alınıb. Görüntüləri avtobusda olan sərnişinlərdən biri mobil telefonla çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib.

Paytaxt sakinləri və sərnişinlərin bu davranışa münasibəti isə birmənalıdır…

Bəzi sərnişinlərin avtobusu zibilləmələrindən ən çox əziyyət çəkənlər isə sürücülərdir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən ”Xəzər Xəbər”ə bildirildi ki, ictimai nəqliyyatdan istifadə edən hər bir sərnişin həm normativ aktlar, həm də cəmiyyətimizdə formalaşan etik davranış qaydalarına əməl etməlidirlər. Bunun üçün hər hansı cərimə nəzərdə tutulmasa da, bu bir mədəniyyət məsələsidir.

Həmin görüntüləri təqdim edirik.

5. 890 Baxılıb