Bz. İyl 21st, 2019

Bakıda hind turistin başına oyun açdılar – OTEL OTAĞINDA…

Bakıda Hindistandan olan turist fahişə qadından polisə şikayət edib.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Xəbərdə bildirilir ki, belə ki, mayın 7-də “Crown Baku” hotelində yerləşən 29 yaşlı Hindistan vətəndaşı Hiteş Qoyal Rakeş Kumar mayın 9-da öz nömrəsinə qadın gətirib. Onlar bir müddət otaqda tək qalıblar.
Qonaq gedəndən sonra isə, əcnəbi cüzdanından min dollar pulun oğurlandığını görüb. 
Turist qeyd edib ki, qadının heç adını da bilmir.
Hazırda polis fakt üzrə araşdırma aparır, qadın axtarılır.   /bakupost.az/