Feysbuk 2 yerə bölünür? – Sosial şəbəkə yaradıcıları QARŞI-QARŞIYA

Feysbuk sosial şəbəkəsinin yaradıcılarından biri olan, lakin sonradan şirkətdən ayrılan Chris Hughes Mark Zukerberqlə bağlı bəzi açıqlamalar verib.

Turkustan.info xarici KİV-ə istinadən bildirir ki, Chris Hughes Feysbukun bölünməli olduğunu deyib. Onun sözlərinə görə, Zukerberqin qətiyyətli xarakteri onun sosial media gəlirlərinin 80%-nə sahib olmasına səbəb olur.

Onun sözlərinə görə, çalışdığı illərdə sosial şəbəkə indiki kimi istifadəçilərə ciddi şəkildə təsir göstərmək, hətta heç bir ölkənin siyasi baxışını dəyişmək istəməyib.  /REDAKTOR.AZ/

92 Baxılıb