İrəvanda yaşayan azərbaycanlı qadın: Mənim vətənim Ermənistandır – FOTOLAR

Əslən Mingəçevirdən olan və hazırda Ermənistanda yaşayan azərbaycanlı qadın “Novoe Vremya” qəzetinə verdiyi müsahibədə bildirib ki, onun vətəni ərinin, övladlarının olduğu yerdir.
Turkustan.info Yeniavaz.com-a istinadən xəbər verir ki, “Novoe Vremya” qəzetində yer alan yazıya görə, Azərbaycanda yşayan qohumlarının zərər görməməsi üçün əsl adını gizli saxlayan Yelena adlı azərbaycanlı qadın uzun illərdir heç bir sənədi olmadan Ermənistanda yaşayır.
Yelena Mingəçevirdə, imkanlı bir azərbaycanlı ailədə dünyaya gəlib. Daha sonra valideyinlərilə birgə Bakıya köçüblər. Burada erməni millətindən olan Boris adlı şəxslə tanış olub və evlənib. Onların 3 övladı dünyaya gəlib. Dağlıq Qarabağ münaqişəsi başladığı zaman əri və uşaqları ilə birgə Ermənistana köçüb. Əsl adını gizlətmək üçün doğum haqqında şəhadətnaməsini və digər sənədlərini özüilə aparmayıb. Bu səbəbdən də yeni sənəd ala bilməyib.
“Novoe Vremya”nın əməkdaşı ilə danışan Yelana deyib ki, onlar Ermənistana gəldikdən sonra yataqxanada 1 otaqlı mənzil veriblər. 12 kvadrat metrloik bir otaqda 7 nəfər qalıblar. Uzun illər soyuq və heç bir şəraiti olmayan bu mənzildə yaşamaq onların psixoloji travma almasına səbəb olub.
Məqalədə iddia olunur ki, belə bir vəziyyət Yelenanın əri Borisi içki düşkününə çevirib. Ailəni dolandırmaq üçün Yelena ən ağır işlərdə belə işləməyə məcbur olub.
Ərinə və uşaqlarına görə valideyinlərini tərk etməyə məcbur olan Yelena deyir ki, uzun illərdir ana dilində – azərbaycan dilində danışmır. Böyül oğlu Ermənistan ordusunda xidmət edib. Cəbhə xəttində hərbi xidmət keçən Yelenanın oğluna fəxri fərman da verilib.
“Novoe Vremya” qəzetinin əməkdaşının Azərbaycana qayıtmaq istəyirsənmi sualına “Mənim vətənim ərimin və uşaqlarımın olduğu yerdir, yəni Ermənistandı”, – deyib.


 

1. 636 Baxılıb