Ç. İyl 17th, 2019

“Paşinyanın Şuşada yallı oynamasına niyə əsəbiləşirsiniz ki? Adamlar baş kəsib, qan töküb…” – Jurnalistdən reaksiya

Məşhur telejurnalist Vüsalə Məmmədova Feysbuk hesabında Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ildönümüylə əlaqədar bu şəhərdə təşkil olunan təntənəli mərasimdə iştirak etməsi, yallı getməsinə reaksiya verib.

Turkustan.info Redaktor.az-a istinadən həmin paylaşımı təqdim edir:

“Həqiqətən Paşinyanın Şuşada yallı getməsinə əsəbiləşmisiniz? Burada nə var ki?

Məlumat üçün yazım ki, ermənilər 27 ildir Şuşanı işğal edib halay çəkir, rəqs edir, gündəlik həyatlarını yaşayırlar, indi niyə nerviləniyorsunuz axı?

Adamlar baş kəsib, qan töküb, torpaq işğal ediblər. İndi öz zəfərlərini qeyd etməsinlər ki, azərbaycanlılardan ayıbdır?

Ayıb demişkən, işğal olunmuş rayonların adını daşıyan şadlıq evləri, kababxanalar, meyxanalar və daha nə xanalar da qürur mənbəyi deyil!

Toylarda “Şuşam”, “Ağdamım”, “Laçınım” və s. mahnılara rəqs etmək daha böyük ayıbdır mənə görə…

Yox, əgər biz Cocuq Mərcanlıda o halayı çəkməmişik, çəkə bilməmişiksə, o zaman zəhmətdən keçib, özümüzə qəzəblənək…

Məsələn, Şuşa ilə bağlı məni əsəbləşdirən odur ki, 3 ildən çoxdur Şuşa İcra Hakimiyyətindən girovluq taleyi yaşayan insanlar barədə məlumat ala bilmirəm… Elə hər dəfə mənə mənim layihəmin əhəmiyyətindən bəhs edirlər.

Zəruri qeyd: Cocuq Mərcanlıda konsert vermişik, bayram etmişik, sən bilmirsən yazmayın lütfən. Bizim bayramlarda sadəcə müğənnilər oxuyur, biz isə İnstaqramdan canlı yayım açırıq, uzaqbaşı əl çalırıq. Paşinyanın da qoşulduğu o halaydan çəkdiyimizi xatırlamıram…

Əlbəttə ki, əgər orada xüsusi rəqs təhsili alan şəxs yoxdursa, biz halay çəkəndə hərəmiz bir istiqamətə gedir, hərə ayağını müxtəlif istiqamətlərə qaldırırıq… Kimsə bir-birini duymur, hiss etmir… ki, rəqs zamanı tərəf müqabilini duymaq çox önəmlidir…

Əsbləşməyin sən allah! Sevgilər!”