Şb. İyl 20th, 2019

Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? – AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Rusiyadan alınacaq “S-400” zenit raket kompleksinin bir hissəsinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Turkustan.info-nun məlumatına görə, səfir qeyd edib ki, “S-400”lərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Bunun belə olmadığını xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlayıb”.