Bz. İyl 21st, 2019

“Azərişıq” gücləndirilmiş rejimə keçdi – Havayla bağlı XƏBƏRDARLIQ

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması “Azərişıq” ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib. 

Turkustan.info Trend-ə istinadən bildirir ki,  bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

“Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almağa çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib”.

Qeyd edək, ETSN-nin verdiyi məlumara görə, Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda hava küləkli və yağışlı keçir. Bəzi regionlarda dolu düşüb.