Ça. İyl 23rd, 2019

Nazarbayev özbək milyarderə orden verdi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovu I dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

Bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

Usmanova bu orden Rusiya və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.

Qeyd edək ki, Usmanov Rusiyanın ən zəngin adamlarından biridir. Onun Mərkəzi Asiyanın hakim elitası, xüsusilə də Özbəkistanın rəsmi şəxsləri ilə yüksək əlaqələri mövcuddur. (axar.az)