ABŞ İrana bu cür cavab verəcək – Pompeodan növbəti hədə

Vaşinqton İranın düşmən fəaliyyətlərinə qarşı cavab tədbirləri hazırlayır.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.

“Prezident Tramp bunu açıq şəkildə göstərdi. Bizim cavabımız adekvat olacaq. Məqsədimiz müharibə deyil, İran rejiminin davranışını dəyişməkdir”, – Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə İrana görə qüvvələrini artırır.

Pompeo həmçinin Vaşinqtonun Tehranla məsləhətləşmələrə başlamağa hazır olduğunu qeyd edib.  /Axar.az/

131 Baxılıb