Elçibəyin anası… FOTOLARDA

Bu gün dünya analar günündə insanlar müxtəlif vasitələrlə və formalarda analara sevgi və sayğılarını izhar edirlər.

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy “Mən insanları sevməyi anamdan öyrəndim. Oxuma-yazma bilməzdi anam. Atam da ki, çoban idi. Bununla belə onlar insanları çox sevərdilər” deyirdi.

Qeyd edək ki, Elçibəyin anası Mehrinisə xanım Ordubad rayonunun Kələki kəndində yaşayıb. Türkəçarə ilə məşğul olub. Yeniyetmə yaşlarında – 1905-ci ildə ermənilərin törətdiyi soyqırımlar zamanı qaçıb dağlarda gizləniblər, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında donmuş vəziyyətdə qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın sonralar hissiyatsız barmaqlarını özü kəsib…

Elçibəy anası Mehrinisə xanımla

Kələki kəndi

Elçibəyin qardaşı Almurad ağa

Fotolar araşdırmaçı Ceyhun Nəbinin Facebook paylaşımından götürülüb

 

316 Baxılıb