Bz. İyl 21st, 2019

Gürcüstanın növbəti HƏDƏSİ: Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir

Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir.

Turkustan.info bildirir ki, politoloq Elxan Şahinoğlu Gürcüstanın Türkiyə-Azərbaycan-Rusiya sazişinə qarşı çıxmasının səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımalarını həyata keçirmək istəyir:

“Bir neçə gün öncə Ankarada imzalanan saziş Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutur. Bu arada, Rusiya Dəmir Yolları İdarəsinin rəhbəri Oleq Belozyor Bakıya gələrək prezident İlham Əliyevlə görüşdü. İki ölkə arasında dəmir yolu ilə yük daşımalarının həcmi artır. Bu ilin ilk 3 ayında yük daşımalarının həcmi 25 faiz artıb. Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımaları həyata keçirmək istəyir. Bunun tərsi də mümkündür. Yəni, Türkiyə öz mallarının bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya daşıya bilər. Ancaq Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir”.

Politoloq qeyd edib ki, dəmir yolunun bir hissəsi Gürcüstandan keçdiyindən rəsmi Tbilisi bu məsələdə söz sahiblərindən biri olduğunu göstərməyə çalışır:

“Halbuki, bu dəmir yolunun tikintisi üçün də 1 dollar xərcləməyib, yenə bizdən borc alıb. Gürcüstan hakimiyyəti bilir ki, bu cür daşımalar Azərbaycan və Türkiyə üçün faydalıdır. Yəqin, Tbilisi bizdən yenə nəsə qorparmaq istəyir. Sadəcə, Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsinə razı olmayan Gürcüstan hakimiyyətindən soruşmaq lazımdır ki, Rusiyanın Ermənistana mallarını Gürcüstan üzərindən daşımasına niyə icazə verdiyini soruşmaq lazımdır. Abxaziya üzərindən dəmiryolunun açılmasıyla bağlı Moskva ilə aparılan danışıqlarla bağlı da suallar mövcuddur”.  /Redaktor.az/