Be. İyl 22nd, 2019

Britaniyanın ən varlı adamları açıqlandı – İlk onluqda hindli və rus oliqarxlar yer alıb

3 rusiyalı biznesmen 2019-cu ildə Britaniyanın 10 ən varlı sakini siyahısına düşüb.  “The Times” nəşri Böyük Britaniyanın 1000 ən varlı adamının siyahısını dərc edib. Hər il dərc edilən siyahıya ilk dəfə Aıfa Group və LetterOne investisiya şirkətinin sahiblərindən biri Mixail Fridman da düşüb.

“The Times”-in məlumatına görə, onun 10,9 milyard funt sterlinqi var. Fridman 2016-cı ildə Londonun şimalında 65 milyon funtluq ev alıb. Forbes onu Londonun ən varlı adamı elan edib.

8-ci yerdə Əlişir Usmanov, 9-cu yerdə isə Roman Abramovic gəlir.

“Times”-in məlumatına görə, hər ikisinin 11 milyard funt sterliqdən çox pulları var. Abramovic ötən il Britaniyada uzunmüddətli vizadan məhrum edilsə də bu ölkəyə İsrail pasportu ilə gedib-gəlir.

Siyahıya əslən hindistanlı olan Şiri və Gopi Hinduya (Srichand P. Hinduja, Gopichand P. Hinduja) qardaşları başçılıq edirlər. Onların 22 milyard funt sterlinqi var. Qardaşlar müxtəlif sənaye sahələri və maliyyə sektorlarında investisiya ilə məşğuldurlar. 4-cü yerdə isə əslən odessalı Leonard Blavatnik gəlir. O, 1978-ci ildə keçmiş SSSR-dən emmiqrasiya edib.