İran halqası daralır: Pompeo Putini yox, Avropanı seçdi

ABŞ Dövlət katibi Mayk Pompeo Moskvaya səfərini təxirə salıb. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, Dövlət Departamentindəki mənbə xəbəri “Reuters”ə təsdiqləyib. Bildirilib ki, 13 mayda Moskvaya nəzərdə tutulan səfər təxirə düşüb. Buna baxmayaraq, Pompeo 14 mayda Soçidə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüş keçirəcək.

Moskvanın yerinə isə ABŞ xarisi siyasət idarəsinin rəhbəri Brüsselə səfər edəcək. Burada İran ətrafındakı vəziyyət müzakirə olunacaq. Görüşdə Avropa Birliyi təmsilçiləri iştirak edəcək.

Xatırladaq ki, Pompeonun Rusyaya səfəri çərçivəsində Moskvada Vladimir Putinlə də müzakirə aparacağı bildirilirdi.  /Cebhe.info/

170 Baxılıb