Be. İyl 22nd, 2019

İranda islahatçı “Səda” jurnalı bağlandı – Tehran məhkəməsi qərar verdi

İranın islahatçı jurnalı “Səda” bağlanıb. Jurnalın fəaliyyəti ABŞ-la müzakirələrə səslədiyi üçün dayandırılıb. Həftəlik dərgi Tehran məhkəməsinin hökmü ilə bağlanıb. Bu yaxınlarda jurnal ABŞ-ın təyyarədaşıyan gəmisinin rəsmini dərc edərək “Müharibə və sülh ayrıcında” adlı məqalədə ABŞ-la İran arasında yüksək səviyyəli təmasların vacibliyindən yazıb.

İranın sərt-xətt tərəfdarı “Kayhan” qəzeti “Səda”nın məqaləsini tənqid edərək, bunu “Trampın səsi islahatçıların ağzından gəlir” – deyə, yazıb.