Müharibə Qafqazı dağıdacaq: Rusiya sərhədlərini bağlayacaqmı?

İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almır.

Turkustan.info bildirir ki, politoloq Elxan Şahinoğlu ABŞ dövlət katibi Mayk Pompeonun 2 səfərini təxirə salmasına münasibət bildirib. Politoloq hesab edir ki, Pompeo İran mövzusuna görə səfərlərini təxirə salıb:

“Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaq, Suriyada hərbi varlığı qorumaqdan və Venesuelada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib. Mayk Pompeo birinci Berlinə getməliydi, ancaq o, bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar atıldı ki, artıq “Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqton bizi saymır”. Və ya bu gün Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi”.

E.Şahinoğlu vurğulayıb ki, bölgədə gərginləşən vəziyyətdən Rusiya da narahat olmağa başlayıb:

“Amerikanın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir. Təsəvvür edin ki, Rusiyanın tanınmış şonivist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda diqqəti İrana yönətlməyi bu ifadəylə təklif etdi: “Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhəddi bağlamalıyıq”. Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə, bölgəyə yaxşı heç nə vəd etmir. Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır”.  /REDAKTOR.AZ /

557 Baxılıb