Ərəb Əmirliklərinin neft tankerlərini İran partladıb – SENSASİON AÇIQLAMA

Birləşmiş Ərəb Əmirliklərinin xahişi əsasında Fuceyra limanında baş vermiş tanker partlayışlarını araşdıran ABŞ hərbi ekspertləri özlərinin yekun nəticələrini açıqlayıblar.

Bu məlumatı “Ynetnews” portalı yayıb. Məlumata görə, hərbi ekspertlər partlayışın arxasında İran və onun dəstəklədiyi qrupların dayandığını bildirib.

Ekspertlərin fikrincə, İran neft tankerlərinə hücum üçün partlayıcı qurğulardan istifadə edib.

Tədqiqatçılar İranın partlayışda iştirakına dair başqa heç bir məlumat təqdim etməyiblər. (axar.az)

161 Baxılıb