Jirinovski: “İrandan gələn qaçqınlar hər şeyi silib-süpürəcək”

Rusiyada tezliklə İrandan gələcək qaçqınlar üçün baraklar tikmək lazımdır. Bunu jurnalistlərə Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

“On il əvvəl mən bu zalda çıxış etdim və dedim ki, İsraildə İrana zərbə vurulması barədə qərar qəbul edilib… Bu qərarın icrasına başlanıb. Yalnız hərbi gəmilər hərəkət etmir, həm də 120 min nəfərlik ordu… eynilə İraqa müdaxilə vaxtı olduğu kimi”, — Jirinovski bildirib.

Onun sözlərinə görə, tədbirlər on il bundan öncə görülməli idi, çünki İranla münaqişə Rusiya Federasiyası üçün də təhlükə yaradır.

“Bu düz bizim sərhədimizdədir, bu- Xəzər dənizi, Azərbaycan, Yerevandır, hər şey dağılacaq. Milyonlarla qaçqın hər şeyi silib-süpürəcək… Gəlin, qaçqınların qəbulu üçün təcili baraklar tikək. On il ərzində biz bir neçə milyon qaçqını qəbul etmək üçün baraklar tikə bilərdik, bəs indi… hər şey birdən baş versə biz nə edəcəyik? Bu qaçqınlar hara gələcəklər? Onlar Yerevanı Bakı və Tiflisi dağıdacaq, sonra da Şimali Qafqaza gedəcəklər. Daha sonra isə Həştərxan, Volqoqrad və Orta Asiya”,-deyə Jirinovski proqnozunu açıqlayıb.

87 Baxılıb