Türkiyədən SON DƏQİQƏ S-400 açıqlaması: ABŞ-ın təklifi…

“Röyters” xəbər agentliyinin Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin bu ilin iyul ayında deyil, 2020-ci ildə təhvil verilməsi ilə bağlı xəbərinə rəsmi Ankaradan cavab gəlib.

Agentliyə açıqlama verən ali səlahiyyətli türk nümayəndəsi S-400-lərin iyul ayında Türkiyəyə tədarük ediləcəyini, mövqelərinin dəyişmədiyini deyib.

Qeyd edək ki, “Röyters” ABŞ-ın Türkiyədən S-400 havadan müdafiə sistemlərinin təslim edilməsini 2020-ci ilə qədər təxirə salmasını istədiyini yazıb. İddiaya görə, ABŞ Ankaraya bu təklif qarşısında ortaq işçi qrupu yaratması məsələsini təsdiq edə biləcəyini deyib. Xəbərdə Ankaranın bu təklifi dəyərləndirmə mərhələsində olduğu qeyd edilib. (publika.az)

1. 573 Baxılıb