Türkiydə terror törətmiş şəxsə fantastik CƏZA: 5306 il həbs

Türkiyədə Reyhanlı qətliamını planlayanlardan olan Yusif Nazikə 5min 306 il 6 ay həbs cəzası verilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT)əməliyyatı ilə Suriyanın Lazkiyə şəhərində həbs edilərək Türkiyəyə gətirilən Yusif Nazik məhkəmə qarşısına çıxarılıb.

Məlumat üçün əlavə edək ki, Hatay Reyhanlısında 2013-cü ilin 11 may tarixində terror hücumu zamanı 5-i uşaq olmaqla 52 nəfər öldürülüb, həmçinin 28-i uşaq olmaqla 130 nəfər yaralanıb.

Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb. (teleqraf.com)

81 Baxılıb