Baş redaktor Aslan İsmayılovu debata çağırdı

“Aslan İsmayılovu debata dəvət edirəm, onunla cəmiyyətin gözü önündə polemika aparmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm”.

Bu sözləri AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı öz şəxsi Facebook profilində yazıb.

Baş redaktor bildirib ki, Aslan İsmayılov az qala özünün bütün çıxışlarında “hakimiyyət məni təxribata çəkmək istəyir” sayaq patoloji bəyanatlar verir:

“Ən yüksək polemika mədəniyyəti sərgiləməyə hazıram. Aslan İsmayılovla əlbəyaxa davaya çıxmayacam, sifətinə su firlatmayacam, təhqiramiz üslub sərgiləməyəcəm. Təxribata deyil, meydana, polemika meydanına çəkmək istəyirəm! Cəsarəti varsa, buyursun!”.

Göründüyü kimi, Taleh Şahsuvarlı Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyən media resursunun rəhbəri olaraq hüquqşünas Aslan İsmayılovu intellektual müzakirəyə dəvət edir, ona “hodri meydan” deyir. Lakin Aslan İsmayılovun həmin debata gələcəyi sual altındadır. Sosial şəbəkələrdə yazılan rəylərdən də görünür ki, neytral müşahidəçilər Aslan İsmayılovun Taleh Şahsuvarlı ilə debata çıxmağa cəsarət etməyəcəyini düşünürlər.

Taleh Şahsuvarlının statusunu təqdim edirik: