“Biz də insanıq…”- Erməni nazir Elmar Məmmədyarovla mehriban ünsiyyətindən bəhs etdi…

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla  Brüsseldəki son qısa görüşü barədə  danışıb. 
 “Azadlıq” radiosunun erməni redaksiyasının  “Sizin Elmar Məmmədyarovla  ayrılıqda söhbətiniz oldumu?” sualına erməni nazir belə cavab verib:
“Əgər siz söhbəti, ünsiyyəti nəzərdə tutursunuzsa, bu,  belə formatda görüşlər üçün normal haldır. Biz də insanıq və biz də bir-birimizlə ünsiyyətdə ola bilərik. Və vacib deyil ki, hər bir ünsiyyət zamanı müzakirəsi üçün əlimizdə əsas olmayan məsələlərə toxunaq…”
P.S. Fotodan göründüyü kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında kifayət qədər mehriban ünsiyyət prosesi olub…